Türkiyənin 6 vilayətində dərslər dayandırıldı - Yenilənib

turkiyenin-6-vilayetinde-dersler-dayandirildi
Oxunma sayı: 2095

Türkiyənin İstanbul şəhərində davam edən güclü yağışlar səbəbindən məktəblərdə tətil elan edilib.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, bu haqda İstanbul Valiliyi açıqlama yayıb.

İstanbul Valiliyi əlverişsiz hava şəraiti səbəbindən şəhər üzrə əyani tədrisin sabah dayandırıldığını açıqlayıb.

“Vilayət daxilindəki bütün dövlət və özəl təhsil müəssisələrində əyani tədris prosesi 15 oktyabr 2026-cı il bir gün müddətinə dayandırılıb”, - açıqlamada deyilir

Qeyd edək ki, İstanbulda leysan yağışları bəzi evlərdə və iş yerlərində su basmasına səbəb olub, müəyyən yollar, yeraltı keçidlər və tunellər isə gölməçəyə çevrilib. Suyun yığıldığı ərazilərdə nəqliyyat vasitələri yolda qalıb.

***

TRT-nin məlumatına görə, Türkiyədə gözlənilən güclü yağış və əlverişsiz hava şəraiti ilə əlaqədar İstanbul, Kocaeli, Yalova, Sakarya, Zonquldak və Düzce vilayətlərində oktyabrın 15-də tədris bir günlük dayandırılıb.

Qərar şagirdlərin təhlükəsizliyini təmin etmək və nəqliyyatda yarana biləcək problemlərin qarşısını almaq məqsədilə qəbul edilib.

Sakaryada universitetlər istisna olmaqla, bütün məktəb və təhsil müəssisələrində dərslər dayandırılıb. Digər dörd vilayətdə isə qərar bütün rəsmi və özəl təhsil müəssisələrini əhatə edir.

Bəzi vilayətlərdə hamilə və əlilliyi olan dövlət işçilərinə, eləcə də, azyaşlı uşaqları olan müəyyən kateqoriyadan olan əməkdaşlara inzibati məzuniyyət veriləcək.

Yalovada güclü yağış və külək səbəbindən motosiklet, skuter və digər ikitəkərli nəqliyyat vasitələrinin hərəkəti də növbəti xəbərdarlığadək qadağan edilib.