Türkiyənin Gəncədəki konsulluğunda səsvermə başladı - Foto

turkiyenin-gencedeki-konsullugunda-sesverme-basladi
Oxunma sayı: 1343

Türkiyənin Gəncədəki Baş konsulluğunda prezident seçkiləri ilə bağlı səsvermə prosesi başlayıb.

"Qafqazinfo"nun məlumatına görə, hazırda Gəncə və ətraf bölgədə yaşayan Türkiyə vətəndaşları diplomatik korpusa gələrək səs verirlər. Bu saata qədər 40-a yaxın seçici səs verib.

Qeyd edək ki, Gəncə ilə yanaşı, Bakı və Naxçıvanda fəaliyyət göstərən diplomatik korpuslarda da səsvermə keçirilir.

Yunis Quliyev