Türkiyənin məşhur müğənnisi vəfat etdi

turkiyenin-meshur-mugennisi-vefat-etdi
Oxunma sayı: 5006

Ankaralı Turqut ləqəbi ilə tanınan Türkiyənin məşhur müğənnisi Turqut Karataş vəfat edib.

“Qafqazinfo” “Milliyet”ə istinadən xəbər verir ki, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən sənətçi 61 yaşında dünyasını dəyişib.

Noyabrın 5-dən xəstəxanada olan müğənni reanimasiyada həyatını itirib.