Türkiyənin yeni səfiri bu gün Bakıya gəlir

turkiyenin-yeni-sefiri-bu-gun-bakiya-gelir
Oxunma sayı: 1508

Türkiyənin yeni təyin olunmuş səfiri Cahid Bağçı bu gün Azərbaycana gəlir.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə o, öz tvitter hesabında məlumat verib.

“Yeni bir vəzifə üçün səfərdəyik. Allah yolumuzu və işimizi yaxşı, məhsuldar və asan etsin, gücümüzü artırsın və köməkçimiz olsun”, - deyə səfir yazıb.