Türkiyəyə gödəkçəsinin cibində qoz-fındıq göndərdi - Hamı ondan danışır

turkiyeye-godekcesinin-cibinde-qoz-findiq-gonderdi
Oxunma sayı: 8588

Xəbər verdiyimiz kimi, artıq iki gündür ki, Azərbaycanda yaşayanlar Türkiyədəki dağıdıcı zəlzələdə zərərçəkənlərə kömək məqsədilə yardım göndərirlər.

“Qafqazinfo”nun məlumatına görə, təşkil olunan yardım kampaniyasına 7-dən 77-yə hər kəs qoşulur. Xüsusilə azyaşlıların göndərdiyi yardımlar isə daha çox diqqət çəkir. Belə ki, azyaşlı qızın gödəkçəsinin cibində göndərdiyi şirniyyatlar nəinki ölkə, həmçinin Türkiyə mediasında gündəm yaradıb. Qırmızı üst geyiminin ciblərindən çıxan konfet və çərəzlər marağa səbəb olub.

Bunu əks etdirən video sosial şəbəkələrdə yayılıb və bu sözlər yazılıb: “Balaca uşaqlar, böyük ürəklər. Azərbaycanda yardım toplanması zamanı bir uşağın Türkiyədə zəlzələdən zərərçəkənlər üçün bağışladığı gödəkçəsinin cibinə konfet və qoz-fındıq doldurduğu diqqət çəkdi”.

Həmin videonu Türkiyənin nüfuzlu “Sabah” nəşri də paylaşıb. 

Sözügedən görüntüləri təqdim edirik: