Türkiyəyə hava hücumu oldu - 2 ölü, 12 yaralı+ Yenilənib

turkiyeye-hava-hucumu-oldu
Oxunma sayı: 2835

PKK/YPG terror qruplaşmaları Suriyanın Hasəkə şəhərinin Dərbəsiyə qəsəbəsindən Mardin şəhərinin Qızıltəpə rayonunda yerləşən Taşlıca Məhəlləsinə hava hücumu təşkil edib.

“Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində xəsarət alanlar var. 

Əraziyə təhlükəsizlik qüvvələri və təcili tibbi yardım briqadaları cəlb edilib.

***

“Anadolu” agentliyi xəbər verir ki, hadisə nəticəsində 2 nəfər həlak olub, 12 nəfər xəsarət alıb.