Tusk parlamentdə etimad səsverməsində qalib gəldi

tusk-parlamentde-etimad-sesvermesinde-qalib-geldi
Oxunma sayı: 832

Polşa Seymi (parlament) baş nazir Donald Tuskun hökumətinə etimad səsverməsi verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “TVP İnfo” telekanalı məlumat yayıb.

Bildirilir ki, səsvermə zamanı 243 deputat Donald Tuskun rəhbərlik etdiyi Nazirlər Kabinetinin işini dəstəklədiyini bildirib. 210 deputat etimad səsverməsinin əleyhinə çıxış edib.