Tut yeyərkən faciəvi şəkildə ölən Zəhranın - Fotosu-Yenilənib

tut-yeyerken-facievi-sekilde-olen-zehranin
Oxunma sayı: 11044

Xəbər verdiyimiz kimi, ötən gün Cəlilabadda 11 yaşlı Zəhra Niftiyeva faciəli şəkildə həlak olub. Günəşli kənd Əlifağa Həsənov adına 2 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdini elektrik cərəyanı vuraraq öldürüb.

Qeyd edək ki, bədbəxt hadisə məktəbli tut yemək istəyərkən olub. Belə ki, Z. Niftiyeva tut yemək üçün ağaca çıxarkən onu elektrik cərəyanı vurub. O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Lakin həyatını xilas etmək mümkün olmayıb.

***

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, mayın 23-də Cəlilabad rayonu Günəşli kəndi ərazisində 2013-cü il təvəllüdlü Zəhra Niftiyevanın çıxdığı ağacın yaxınlığından keçən elektrik naqilinə toxunması nəticəsində yıxılaraq ölməsi faktı üzrə Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.

“Qafqazinfo” Zəhranın fotosunu təqdim edir:

Surxay Şahbazov