Üç gün əvvəl aşan maşının sürücüsü öldü

uc-gun-evvel-asan-masinin-surucusu-oldu
Oxunma sayı: 739

Şəkidə üç gün əvvəl qəzaya düşən şəxs ölüb.

“Qafqazinfo” xəbər verir ki, yanvarın 13-ü rayonun Çayqaraqoyunlu kəndində “Opel” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü, 32 yaşlı Murad Abdurahmanov bu gün günorta saatlarında xəstəxanada vəfat edib.

DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.