Ucarda iki maşın toqquşub - Yaralananlar var + Foto

ucarda-iki-masin-toqqusub
Oxunma sayı: 657

Ucar rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə 19:00 radələrində iki minik avtomobilinin toqquşması nəticəsində qeydə alınıb.

Qəza nəticəsində xəsarət alan şəxslər dərhal Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, hazırda xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.