Üçtərəfli İşçi Qrupun iclası bu həftə baş tuta bilər

ucterefli-isci-qrupun-iclasi-bu-hefte-bas-tuta-biler
Oxunma sayı: 983

Bu həftə Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinləri səviyyəsində nəqliyyat kommunikasiyalarının açılması üzrə Üçtərəfli İşçi Qrupun iclası keçirilə bilər. 

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə ölkənin Baş nazirinin müavini Mqer Qriqoryan açıqlayıb. 

Onun sözlərinə görə, görüş zamanı yalnızca nəqliyyat kommunikasiyalarının açılması məsələsi müzakirə ediləcək. 

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin mayın 25-i Moskvada Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə üçtərəfli görüş zamanı bildirib ki, sözügedən görüşdən bir həftə sonra üç ölkənin Baş nazirlərinin müavinləri görüşəcək.