“Qafqazinfo” xəbər verir ki, UEFA “avro liqa” çərçivəsində “Fənərbaxça” ilə “Bate Borisov” arasında “Şükrü Saracoğlu” stadionunda keçiriləcək oyuna azarkeşlərin gəlməsini qadağan edib. Bu qərara elə türk azarkeşləri səbəb olublar. Belə ki,UEFA-nın iddiasına görə ötən il “avro liqa” oyunlarında fanatlar stadiona bir xeyli ziyan vurublar və bəzi intizam qaydalarını pozublar. “Fənərbaxça” rəhbərliyi isə bu qərarla razılaşmayıb və yaxın 3 gün ərzində öz etirazlarını bildirəcəklər.
Əgər etiraz qəbul olunmasa gələn ayın 21-də oynanılacaq “Fənərbaxça” “Bate Borisov” görüşü azarkeşsiz keçiriləcək.
İqbal