Ukrayna Belarusla viza rejimi tətbiq etməyə hazırlaşır

ukrayna-belarusla-viza-rejimi-tetbiq-etmeye-hazirlasir
Oxunma sayı: 914

Ukrayna Prezidenti Volodimir Zelenski Belarusla vizasız rejimin ləğvi ilə bağlı petisiyaya cavab verib.

“Qafqazinfo” Ukrayna mediasına istinadən xəbər verir ki, Zelenski hökumətə bu məsələni nəzərdən keçirməklə bağlı göstəriş verib. 

Qeyd edək ki, Ukraynada Belarusla viza rejiminin tətbiq edilməsinə dair iyulun 4-ü başladılan petisiya 25 mindən çox imza toplayıb.