“Ukrayna hökuməti 50%-dən çox yenilənəcək”

ukrayna-hokumeti-50-den-cox-yenilenecek
Oxunma sayı: 1292

Ukrayna Ali Radasında prezidentyönlü “Xalqın qulluqçusu” partiyasının lideri David Araxamia ölkənin Nazirlər Kabinetinin 50%-dən çoxunda dəyişiklik ediləcəyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə öz teleqram kanalında müvafiq paylaşım edib.

“Söz verildiyi kimi, bu həftə hökumətin yenidən işə başlaması gözlənilir”, - o yazıb.

Onun sözlərinə görə, sentyabrın 4-də Radanın iclası keçiriləcək, orada vəzifədən azad edilmə, sentyabrın 5-də isə təyinatlar müzakirə olunacaq.