Ukrayna ilə Rusiya arasında ən böyük əsir mübadiləsi ola bilər

ukrayna-ile-rusiya-arasinda-en-boyuk-esir-mubadilesi-ola-biler
Oxunma sayı: 1222

Gələn həftə Ukrayna ilə Rusiya arasında hərbi əsir mübadiləsi baş tuta bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov TSN-ə açıqlama verib.

Onun sözlərinə görə, mübadilənin mindən minə başlanması gözlənilir.

Qeyd edək ki, bu, müharibə başlayandan iki ölkə arasındakı ən böyük əsir mübadiləsi olacaq.