Ukrayna planının əksər bəndləri razılaşdırılıb - Ağ Ev

ukrayna-planinin-ekser-bendleri-razilasdirilib
Oxunma sayı: 1261

Vaşinqton və Kiyev Ukrayna üzrə sülh planının əksər bəndlərində razılığa gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt Cenevrədə keçirilən danışıqlardan sonra jurnalistlərə açıqlama verib.

O bildirib ki, Vaşinqton administrasiyası ilə Ukrayna arasında Amerikanın təklif etdiyi sülh planının əksər maddələri üzrə razılıq əldə olunub:

“Ukrayna tərəfi bizimlə ifadələrin üzərində işləyib. Vəziyyətin çox yaxşı olduğuna inanırıq. Əlbəttə, biz bütün məqamlar üzrə razılığı təmin etməliyik”.