Ukrayna Rusiyanın əsas mövqelərinə zərbələr endirdi - Əməliyyat kadrlarlı

ukrayna-rusiyanin-esas-movqelerine-zerbeler-endirdi
Oxunma sayı: 3455

Ukrayna ordusu Pokrovsk və Donetskdə Rusiyanın əsas mövqelərinə, silah-sursat anbarlarına zərbələr endirib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Ukrayna Xüsusi Əməliyyat Qüvvələri məlumat yayıb.

Məlumata görə, əməliyyat nəticəsində Rusiya ordusu əhəmiyyətli itkilər verib.

O da qeyd edilib ki, xüsusi əməliyyatlar “Middle strike” dronları ilə həyata keçirilib.

Hədəf Rusiya qoşunlarının istehkamları, aktiv yük trafiki ilə hərbi bazaya çevrilən keçmiş istehsal və anbar binaları olub.