“Ukrayna tezliklə məğlub ola bilər”

ukrayna-tezlikle-meglub-ola-biler
Oxunma sayı: 4750

Fransa Prezidenti Emmanuel Makron Ukraynanın tezliklə məğlub ola biləcəyini proqnozlaşdırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Politico” yazıb.

Bildirilir ki, Makron bu barədə Yelisey sarayında şəxsi söhbət zamanı Avropa Parlamentinə keçiriləcək seçkilər kontekstində danışarkən deyib. 

Söhbətdə iştirak edən şəxslərdən biri Makronun “Hazırda səfərbərlikdən daha çox söhbət var. Bunun əksinə olmasını çox istəyərdim” dediyini vurğulayıb.