“Ukrayna torpaqlarında bir nəfər də olsun Amerika əsgəri olmayacaq”

ukrayna-torpaqlarinda-bir-nefer-de-olsun-amerika-esgeri-olmayacaq
Oxunma sayı: 2801

“ABŞ rəhbərliyi Ukraynada Rusiya Federasiyası ilə birbaşa silahlı qarşıdurmanın olmasını istəmir”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Entoni Blinken Fransanın LCI telekanalına müsahibəsində deyib.

“Ukrayna torpaqlarında bir nəfər də olsun Amerika əsgəri olmayacaq”, - diplomat bildirib.

O əlavə edib ki, Rusiya Federasiyası ilə silahlı toqquşma ABŞ-nin maraqlarına cavab vermir. Buna görə də milli təhlükəsizlik naminə Vaşinqton Moskva ilə birbaşa qarşıdurmadan qaçmaq niyyətindədir.