Sarayda maşın su kanalına aşdı - Video

sarayda-masin-su-kanalina-asdi
Oxunma sayı: 2819

Abşeron rayonu Saray qəsəbəsində avtomobil su kanalına aşıb.

“Qafqazinfo” xəbər verir ki, sürücünün idarəetməsindən çıxan minik avtomobili kanala düşərək suda batıb.

Avtomobildə olan 2 nəfər xəsarət almadan sudan çıxa biliblər.

Əraziyə cəlb edilmiş kranın köməyi ilə qəzaya uğrayan nəqliyyat vasitəsi kanaldan çıxarılıb.