Ukraynada 2024-cü ilin əsas sözü açıqlandı

ukraynada-2024-cu-ilin-esas-sozu-aciqlandi
Oxunma sayı: 1968

Vətəndaşların sürətləndirilmiş prosedur vasitəsilə məcburi səfərbər edilməsi mənasını verən “busifikasiya” neologizmi Ukraynada 2024-cü ilin əsas sözü kimi tanınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Mıslovo” müasir Ukrayna dili və jarqon lüğətinin saytında məlumat verilib.

“Neologizm son bir ildə ictimaiyyətin diqqət mərkəzində olub. Termin kəmiyyət göstəricilərinin keyfiyyət göstəricilərindən üstün olduğu zaman səfərbərliklə bağlı problemləri göstərir”, - deyə məlumatda bildirilir.

Mətndən belə anlaşılır ki, ekspertlər ilin sözünü seçərkən ilk növbədə onun populyarlığına və sosial əhəmiyyətinə diqqət yetirirlər.