Ukraynada ABŞ nüvə silahlarının yerləşdirilməsi ilə bağlı petisiya başladıldı

ukraynada-abs-nuve-silahlarinin-yerlesdirilmesi-ile-bagli-petisiya-basladildi
Oxunma sayı: 1657

Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisinin saytında ölkədə Amerika nüvə silahlarının yerləşdirilməsi tələbi ilə petisiya başladılıb.

“Qafqazinfo” “Ura.ru”ya istinadən xəbər verir ki, həmçinin petisiya müəllifləri başqa variant da təklif edirlər - Ukraynanı öz nüvə silahına malik dövlətə çevirmək.

Petisiyanı indiyə qədər 100-dən çox şəxs imzalayıb.

Zelenskinin bunu rəsmi şəkildə nəzərdən keçirməsi üçün petisiya üç ay ərzində 25 min səs toplamalıdır.