Ukraynada “Bayraktar” zavodu tikiləcək

ukraynada-bayraktar-zavodu-tikilecek
Oxunma sayı: 1682

Ukraynada “Bayraktar” PUA-larının istehsalı zavodu tikiləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar “RBK-Ukrayna” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, PUA istehsalçısı olan “Baykar” artıq Ukraynada şirkət yaradıb, torpaq sahəsi alıb və zavodun layihəsini hazırlayıb.

“Zavod tikiləcək. Təxminən bir həftə əvvəl hökumət ikitərəfli sazişi təsdiq etdi və onu ratifikasiya üçün parlamentə göndərdi”, - ukraynalı diplomat deyib.

Bodnar əlavə edib ki, “Bayraktar”ın istehsalına mühərriklər, təkərlər və ehtiyat hissələri istehsal edən Ukrayna müəssisələri cəlb olunacaqlar.