Ukraynada daha bir rusiyalı general öldü - Foto

ukraynada-daha-bir-rusiyali-general-oldu
Oxunma sayı: 2823

Ukraynanın Xarkov vilayətində daha bir rusiyalı zabit ölüb.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, o, mina partlaması nəticəsində həlak olub. 

General-mayor Vladimir Zavadski 1995-ci ildə Ulyanovskdakı Suvorov Qvardiya Hərbi Məktəbini, 2000-ci ildə isə Moskva Ümumqoşun Komandanlıq Məktəbini bitirib.

Qeyd edək ki, bundan əvvəl də bir neçə yüksəkrütbəli rusiyalı zabit Ukraynada döyüşlərdə həlak olub.