Kiyev vilayətinin Brovarı şəhərində helikopter uşaq bağçasının ərazisində qəzaya düşüb.
“Qafqazinfo” “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, qəzadan sonra bağçanın binasında yanğın baş verib.
Hadisə nəticəsində 5 nəfər həlak olub, daha bir neçə nəfər isə xəsarət alıb.
Qəza zamanı binada uşaq və müəllimlərin olduğu bildirilir.
***
Qəza nəticəsində helikopterdə olan Ukraynanın DİN rəhbəri Denis Monastırski və onun birinci müavini Yevgeni Yenin həlak olublar.
***
Ukrayna Milli Polisinin məlumatına görə, qəza nəticəsində 2-si uşaq olmaqla 16 nəfər həlak olub. Daha 22 nəfərin isə yaralandığı qeyd olunur. Ölənlərdən 9-nun helikopterin göyərtəsində olduğu bildirilir.
***
Bununla yanaşı, qəzada DİN-in dövlət katibi Yuri Lubkoviç də həlak olub.
***
Qəza nəticəsində ölənlərin sayı 18-ə yüksəlib, onlardan 3-ü uşaqdır. Daha 26 nəfər xəsarət alıb. Onların 12-si uşaqdır.
***
Ukrayna DİN qəzanın mümkün səbəblərini açıqlayıb.
Bunlar sırasında isə helikopterdə nasazlığın olması, təhlükəsizlik tədbirlərinin pozulması və təxribat variantları var.