Ukraynada müharibənin bir günü neçəyə başa gəlir?

ukraynada-muharibenin-bir-gunu-neceye-basa-gelir
Oxunma sayı: 4972

“Müharibənin bir günü Ukraynaya 100 milyon dollara başa gəlir”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə istefa ərizəsini Ali Radaya təqdim edən Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.

“2022-ci il fevralın 24-dən bu günə qədər könüllülərin tədarük etdikləri müharibəyə göndərilən hər şeyin 3%-ni təşkil edir. Müharibənin bir günü bizə 100 milyon dollara başa gəlir”, - deyə Reznikov bildirib.