Bu gün dünyanın əksər ölkələrində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunur.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, müharibənin hökm sürdüyü Ukraynada isə uşaqlar bayramı savaşın kölgəsində qeyd edirlər.
BMT hesabatlarına əsasən 2022-ci il 24 fevraldan başlayan müharibədə təxminən 500 uşağın öldürüldüyü, 1000 azyaşlının yaralandığı, milyonlarla körpənin isə əlverişsiz şəraitdə yaşamağa məhkum edildiyi bildirilib.
Ukraynanın müxtəlif yerlərində 1 iyunla bağlı lentə alınan görüntüləri təqdim edirik: