Ukraynada təyyarə qəzası qurbanlarının sayı artdı

ukraynada-teyyare-qezasi-qurbanlarinin-sayi-artdi
Oxunma sayı: 2092

Ukraynanın Xarkov vilayətində An-26 hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən şəxs dünyasını dəyişib. “Qafqazinfo” bildirir ki, bu barədə “İnterfaks” xəbər verib.

“Şənbə günü saat 10:50-yə olan məlumata görə, aviasiya fəlakəti nəticəsində xəstəxanada son dərəcə ağır vəziyyətdə olan insan vəfat edib”, - Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Mətbuat xidmətinin məlumatında deyilir.

Bununla da təyyarə qəzası qurbanlarının sayı 26-ya yüksəlib.

Ümumilikdə təyyarənin göyərtəsində 27 nəfər olub. Bir yaralı xəstəxanada qalmaqdadır.

An-26 təyyarəsinin qəzaya uğraması səbəbindən sentyabrın 26-sı Xarkov vilayətində matəm günü elan olunub.