“Ukraynadakı münaqişənin hərbi yolla həllinə inanmırıq”

ukraynadaki-munaqisenin-herbi-yolla-helline-inanmiriq
Oxunma sayı: 2105

Slovakiyanın Baş naziri Robert Fiko Ukraynadakı münaqişənin hərbi yolla həllinə inanmadığını bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, Ukraynanın Baş naziri Denis Şmıqalla telefon danışığından sonra öz feysbuk səhifəsində yazıb.

“Biz Ukraynadakı münaqişənin hərbi yolla həllinə inanmırıq, çünki bu, nəticəsiz sadəcə lazımsız qan tökülməsinə gətirib çıxarır”, - Robert Fiko qeyd edib.

Slovakiyanın Baş naziri əlavə edib ki, Bratislavanın milli maraqları bəzən Ukraynanın maraqları ilə ziddiyyət təşkil edir. Ona görə də nazir Ukrayna kənd təsərrüfatı məhsullarının idxalını qadağan etmək öhdəliyini təsdiqləyib.