Ukraynadan İrana 50 illik sanksiya

ukraynadan-irana-50-illik-sanksiya
Oxunma sayı: 1903

Ukrayna parlamenti İrana qarşı 50 il müddətinə iqtisadi və digər sanksiyaların tətbiqi haqqında qətnaməni təsdiqləyib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, məhdudlaşdırıcı tədbirlərə İranla kommersiya əməliyyatlarına tam qadağa qoyulması aid edilib.

Qətnamə layihəsində İran vətəndaşlarına texnologiya və əqli mülkiyyət hüquqlarının verilməsi məhdudlaşdırılır.

Qeyd edək ki, Ukrayna İranı Rusiyanın Ukraynaya qarşı müharibəsində Moskvaya qəsdən silah verməsində ittiham edir.