“Ukraynalı hərbçilərin Rusiyaya keçmək cəhdinin qarşısı alınıb”

ukraynali-herbcilerin-rusiyaya-kecmek-cehdinin-qarsisi-alinib
Oxunma sayı: 3917

“Ukraynalı hərbçilər Rusiyanın Belqorod və Kursk vilayətlərində sərhəd vasitəsilə ölkə ərazisinə daxil olmağa cəhd ediblər”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi və Federal Təhlükəsizlik Xidməti yayıb.

Məlumata görə, diversiya qruplarının sərhəddə yerləşən yaşayış məntəqələrinə daxil olmaq cəhdlərinin qarşısı alınıb. 

Federal Təhlükəsizlik Xidməti martın 10-dan başlayaraq rusiyalı hərbçi və sərhədçilərin Belqorod və Kursk vilayətlərində dövlət sərhədini pozmaqla bağlı bir neçə cəhdin qarşısını aldıqlarını açıqlayıb.