Ukraynalı müğənni Anna Asti (əsl adı Anna Dzyuba) Rusiya vətəndaşlığı alıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Secular Chronicle” teleqram kanalı məlumat yayıb.
Dzyubanın Ukrayna vətəndaşlığından imtina edib-etmədiyi açıqlanmayıb.
Qeyd edək ki, 2021-ci ildə rusiyalı teleaparıcı Kseniya Sobçakla müsahibəsi zamanı müğənni rusiyalı iş adamı Stanislav Yurkinlə evləndikdən sonra Rusiya vətəndaşlığını almağı təxirə salmaq qərarına gəldiyini açıqlayıb.