“Ukraynanı dəstəkləməmək səhv olardı”

ukraynani-desteklememek-sehv-olardi
Oxunma sayı: 2512

“Hazırda Ukraynaya dəstək verməmək səhv olardı”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu İtaliyanın Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani bildirib.

Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirləri Toplantısı üçün Ukraynanın paytaxtı Kiyevə gedən Tajani burada verdiyi açıqlamada, Ukraynanın xeyrinə mədəni, siyasi mesaj olaraq Odessa Katedralinin yenidən qurulması ilə bağlı müqavilə imzalayacaqlarını deyib.

“Ukraynanı gücləndirmək üçün buradayıq. Ukraynanın azadlığı və müstəqilliyi olmadan sülhə nail olmaq mümkün deyil”, - nazir qeyd edib.