Ulu öndərin xatirəsi Qubadlıda anıldı - Fotolar

ulu-onderin-xatiresi-qubadlida-anildi
Oxunma sayı: 2290

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Hərbi Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Hərbi Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən hərbi prokurorun böyük köməkçisi, Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev və Hərbi Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəisi, ədliyyə polkovniki Emil Kərimov əvvəlcə baş prokuror Kamran Əliyevin və hərbi prokuror Xanlar Vəliyevin salamlarını şəxsi heyətə çatdırıb.

Bundan sonra, həmin şəxslər, eləcə də Qubadlı hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı Elşən Mürsəlov, polkovnik Anar Nəsirli, polkovnik-leytenant Nadir Xanbabayev və digər şəxslər müstəqillik yolumuzu və firavan gələcəyimizi nurlandıran, millətini zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan nəhəng tarixi şəxsiyyət Heydər Əliyevin şərəfli və mənalı ömründən, çoxşaxəli və zəngin fəaliyyətindən bəhs ediblər.

Çıxışçılar, eyni zamanda, Heydər Əliyevin Azərbaycanın işıqlı gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ilə yaxın müddətdə ölkəmizdə görülmüş misilsiz işlərdən, həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə əldə olunmuş misli görünməmiş uğurlardan, o cümlədən qüdrətli Silahlı Qüvvələrimizin formalaşmasından, bu uğurların əldə olunmasında Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyindən və xalqın əzmkarlığından danışıblar.