Azərbaycanlı karateçi Ülvi Məmmədov Şotokan karate üzrə keçiriləcək dünya çempionatında ölkəmizi təmsil edəcək.
“Qafqazinfo” xəbər verir ki, yarış Türkiyənin İstanbul şəhərində aprelin 24-dən 26-dək təşkil olunacaq.
Ülvi Məmmədov böyüklər arasında +84 kq çəki dərəcəsində tatamiyə çıxacaq.
Azərbaycan nümayəndə heyətinin tərkibində digər komanda üzvləri də yer alacaq və onlar müxtəlif çəki dərəcələrində çıxış edəcəklər.
Hazırda komandamız yarışa hazırlıq prosesini davam etdirir.
Son xəbərlər
Son Xəbərlər