Uman şəhəri atəşə tutulub - Yaralılar var

uman-seheri-atese-tutulub
Oxunma sayı: 2710

Rusiya Ukraynanın Çerkas vilayətinin Uman şəhərini atəşə tutub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Çerkas Regional Hərbi Administrasiyasının rəhbəri İqor Taburets teleqramda bildirib.

“Düşmən yenidən bizim Uman bölgəmizə raket hücumu edib. Zərbələr sənaye obyektinə və avtoyuma məntəqəsinə olub. Zərbə nəticəsində yanğın baş verib. 8 nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyəti ağırdır”, - qeyd edib.