Ümid Partiyası Qadınlar Təşkilatına yeni sədr seçildi

umid-partiyasi-qadinlar-teskilatina-yeni-sedr-secildi
Oxunma sayı: 2297


“Qafqazinfo” xəbər verir ki, konfrans Azərbaycan Respublikası Dövlət Himninin oxunması ilə başlayıb. Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını qurban verən şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi. Sonra konfransa hazırlıq üzrə Təşkilat komitəsinin sədri Solmaz Kosayeva Təşkilat Komitəsinin işi ilə bağlı hesabat verdi. O, konfransa seçilmiş 110 nəfər nümayəndədən 102 nəfərin iştirakı etdiyini qeyd etdi. Ümid Partiyası sədrinin müşaviri Zöhrə Zeynalova və Partiyanın Seçki və Təbliğat şöbəsinin müdiri Mehriban Murtuzayevanın sədarət seçilməsi ilə konfrans işinə davam edib. Daha sonra Ümid Partiyası sədrinin Ailə Qadın və Uşaq məsələləri üzrə müavini, Qadınlar Təşkilatın sədri Könül Quliyevanın görülən işlər barədə hesabatı dinlənildi. Konfrans iştirakçıları təşkilatın işini qənaətbəxş hesab ediblər.

Təşkilati məsələyə baxıldı və Hüseynova Səidə Bahadur qızı Ümid Partiyası Qadınlar Təşkilatına yeni sədr seçildi. İdarə Heyətinin tərkibi 11 nəfərdən ibarət müəyyənləşdirildi və üzvlər seçilib.

Sonda Ümid Partiyasının sədri, millət vəkili, İqbal Ağazadə çıxış edərək ölkədəki ictimai-siyasi vəziyyətdən, qadınların cəmiyyətdəki rolundan danışdı. Qadınları ictimai-siyasi proseslərdə aktiv olmağa, ölkənin tale yüklü məsələlərinə biganə qalmamağa çağırıb.