Azərbaycan Texniki Universitetində 8 tələbədə qızılca xəstəliyi aşkar edilməsi ilə bağlı rəsmi məlumat açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi tərəfindən yayılan açıqlamada bildirilib.
“Noyabr ayı ərzində Azərbaycan Texniki Universitetindən 1 nəfər qızılcaya şübhəli şəxsin məlumatı daxil olub və onun son diaqnozu inkar edilib”, - nazirliyin məlumatında vurğulanıb.