“Qafqazinfo” xəbər verir ki, APA-nın vesti.az-a istinadən məlumatına görə, açıq mobil nömrədən zəng edən şəxs azyaşlı uşağın üzərinə bomba bağladığını deyib. Hadisə yerinə dərhal Binəqədi rayon Polis İdarəsinin əməkdaşları da gediblər. Mirəli Qaşqay küçəsində yerləşən ünvana gələn polis əməkdaşları burada nə uşaq, nə də bomba aşkarlayıblar.
Amma zəng edən şəxs tapılıb. Onun Binəqədi rayon sakini Məmmədov Mahmud İslam oğlu olduğu müəyyən edilib. O saxlanılıb. Mahmud Məmmədovun sərxoş olduğu məlum olub. Araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər