ÜST pandemiyanın sona çatacağı tarixi açıqladı

ust-pandemiyanin-sona-catacagi-tarixi-aciqladi
Oxunma sayı: 5441

“Koronavirus pandemiyası gələn ilin əvvəlində sona çatacaq”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, belə bir proqnozla Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun rəhbəri Hans Klyuqe deyib.

“Ən pis ssenari arxada qaldı. Biz 2020-ci illə müqayisədə virus haqqında artıq daha çox informasiyaya sahibik”, - deyə Klyuqe bildirib.

Onun sözlərinə görə, virus insan populyasiyasından tamamilə yox olmayacaq. Bununla belə məhdudlaşdırıcı tədbirlər gələn ilin əvvəlinədək başa çata bilər. Klyuqe daha sonra bunun yalnız bir proqnoz olduğunu, vəziyyətin necə inkişaf edəcəyini dəqiq deməyin mümkün olmadığını sözlərinə əlavə edib.