Üzgüçülük üzrə Dünya Kuboku Bakıda olacaq

uzguculuk-uzre-dunya-kuboku-bakida-olacaq
Oxunma sayı: 735

Üzgüçülük üzrə növbəti Dünya Kuboku 2026-cı ilin oktyabr ayında Bakıda keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev və Dünya Su İdmanı Federasiyasının (World Aquatics) prezidenti Hüseyn Əl-Müsəlləm üzgüçülük üzrə İpək Yolu Dünya Kubokunun ölkəmizin paytaxtında keçiriləcəyinə dair müqavilə imzalayıblar. 

Qeyd edək ki, Dünya Kubokunun ilk mərhələsi oktyabrın 1-dən 3-nə qədər Bakı Su İdmanı Sarayında baş tutacaq. Digər mərhələlər Özbəkistanda (Daşkənd, 8-10 oktyabr) və Qazaxıstanda (Astana, 15-17 oktyabr) keçiriləcək.