Üzgücümüz sonuncu oldu - Tokio-2020+Yenilənib

uzgucumuz-sonuncu-oldu
Oxunma sayı: 2929

2020-ci il Tokio Yay Olimpiya Oyunlarında üzgüçülük idman növü üzrə mübarizəyə start verilib. Yarışlara Tokio Su İdmanı Mərkəzi ev sahibliyi edir.

“Qafqazinfo” xəbər verir ki, təmsilçilərimizdən Maksim Şemberev mübarizəyə qoşulub. 27 yaşlı üzgüçümüz qarışıq üsulla 400 m məsafəni qət etməyə çalışıb. Maksim ikinci təsnifat qrupunu sonuncu - 8-ci sırada tamamlayıb.

Qeyd edək ki, qrupundan asılı olmayaraq, ən yaxşı 8 göstəriciyə malik üzgüçülər final etapına vəsiqə əldə edəcəklər. Bu mənada Maksimin göstəricisinin (4:19.40) yetərli olmayacağı artıq dəqiqdi.

Şemberevlə yanaşı, Məryəm Şeyxəlizadəxangah da bu gün mübarizəyə qoşulacaq. O, qadınların batterflay üsulla 100 m məsafəyə yarışında təsnifatı keçməyə çalışacaq.

***

Azərbaycanın qadın üzgüçüsü Məryəm Şeyxəlizadəxangah Tokio-2020 Yay Olimpiya Oyunları ilə vidalaşıb.

İdmançı təsnifat mərhələsində 100 metr məsafəyə batterflayda 1 dəqiqə, 1,37 saniyə nəticə göstərib.

Ən yaxşı 18 üzgüçü arasına düşə bilməyən Şeyxəlizadəxangah yarımfinala yüksələ bilməyib.