“Vahid enerji məkanının yaradılması regionu güclü ixracatçıya çevirəcək”

vahid-enerji-mekaninin-yaradilmasi-regionu-guclu-ixracatciya-cevirecek
Oxunma sayı: 360

“Ermənistanın enerji sisteminin Azərbaycan və Türkiyənin enerji sistemləri ilə birləşdirilməsini məqsədəuyğun hesab edirəm”.

“Qafqazinfo” “News.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, vahid enerji məkanının yaradılması regionu beynəlxalq bazarlar üçün güclü ixracatçıya çevirəcək.

“Ermənistan daha geniş ixrac bazarlarına çıxmaq üçün Azərbaycanın infrastrukturundan istifadədə, Azərbaycan isə Naxçıvana və digər istiqamətlərə elektrik enerjisinin Ermənistan ərazisindən tranzitini həyata keçirmək imkanında maraqlıdır”, - o əlavə edib.