Komissiyadan “Qafqazinfo”ya verilən məlumata görə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun olaraq müvafiq dövlət orqanı üzrə müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanlarında inzibati vəzifələrdə çalışan dövlət qulluqçuları (qeyd edilən şəxslərin inzibati vəzifələrə uyğun ixtisas dərəcəsi olmalıdır), azı 5 il qulluq stajı olan inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.
Ümumi müsahibədə iştirak etmək istəyən vətəndaşlar 20 gün müddətində namizədliklərinin qeydə alınması üçün müvafiq sənədlərlə şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək) və ya poçt vasitəsilə Komissiyaya müraciət etməlidirlər.
Ümumi müsahibə, o cümlədən qeydiyyatla bağlı ətraflı məlumat “Respublika” qəzetinin 6 iyul 2012-ci il tarixli sayında veriləcək və 6 iyul 2012-ci il tarixdən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi İnternet saytında - www.dqmk.gov.az yerləşdiriləcək.
Nigar Məmmədli
Son xəbərlər
Son Xəbərlər