Vasif Talıbovun arvadının səhhəti pisləşdi - Təcili Türkiyəyə aparıldı

vasif-talibovun-arvadinin-sehheti-pislesdi
Oxunma sayı: 16263

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun həyat yoldaşı Sevil Talıbova donuz qripinə yoluxma təhlükəsi ilə təcili Türkiyəyə aparılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin “Milliyet” qəzeti məlumat yayıb. Məlumatda qeyd edilir ki, qrip infeksiyasına yoluxduğu üçün yerləşdirildiyi yerli xəstəxanada Sevil Talıbovanın səhhəti daha da ağırlaşıb. Talıbovanın ailəsi Türkiyə Səhiyyə Nazirliyindən yardım istəyib. Türkiyədən gələn həkimlərin ilkin müdaxiləsindən sonra xəstə ECMO adlanan cihaza qoşulub. Həmin cihazdan ağciyərlər funksiyasını yerinə yetirməkdikdə və ya ürək fəaliyyəti dayandığı halda istifadə edilir. S.Talıbova təyyarə ilə İbn Sina Xəstəxanasına götürülüb. Vasif Talıbov və uşaqları isə onların ardınca digər təyyarə ilə Ankaraya uçublar.

Ağciyərində problem yaranan 55 yaşlı diabet xəstəsi S.Talıbovanın hazırda səhhətinin yaxşılaşdığı qeyd edilir.

Qeyd edilir ki, S.Talıbova Türkiyəyə xaricdən ECMO cihazı ilə gətirilən ilk xəstə olub.