VAU-effektli 10 Yeni İl hədiyyəsi

vau-effektli-10-yeni-il-hediyyesi
Oxunma sayı: 2469

Yeni il üçün qohumlara, dostlara və iş yoldaşlarına nə hədiyyə etmək olar? Bəlkə də indi bu sual hər kəsi narahat edir. Sizin diqqətinizə xoş təəccüb və sevinc bəxş edəcək 10 Yeni İl hədiyyəsini çatdırırıq.

Səyahət keysi


COVID pandemiyası hətta evdən bayıra çıxmağı sevməyənləri belə səyahətlərin üçün darıxmağa məcbur etdi. Buna görə də indi bir çoxları yeni səyahətlər arzusundadır. Pasportunuzu, biletlərinizi, bank kartlarınızı və müxtəlif sənədlərinizi saxlaya biləcəyiniz səyahət üçün dəbli pulqabı tez-tez yolda olanlar üçün əla hədiyyə olacaq.

Kreativ təqvim


Stolüstü təqvim, xüsusən də yaradıcı "əbədi" təqvimdən danışırıqsa, çox faydalı bir hədiyyədir. Uzun illər öz funksiyalarını yerinə yetirəcək və orijinal görünüşü ilə sevindirəcəkdir. Məsələn, siz maqnit və ya proyeksiya təqvimini seçə bilərsiniz. Seçim vaxtı müxtəlif dizayn həllərinə fikir vermək olar, o cümlədən dünyaca məşhur studiyaların həlləri sizin ürəyinizcə ola bilər.

Ağıllı masa lampaları

Bu cür gacet hər kəs üçün faydalı olacaq. O, işıq çalarlarını dəyişdirə, əvvəlcədən təyin edilmiş rejimə uyğun işləyə, səsə cavab verə bilir. Uşaqlarınız işıq saçan bir heyvan və ya sevdiyi cizgi filmi personajı formasında hazırlanan lampadan məmnun qalacaq, daha yaşlı nəsil isə bir sıra əlavə funksiyaları – məsələn proqram vasitəsi ilə məsafədən yandırıla bilən zərif lampaları qiymətləndirəcəklər.

iPhone

Apple smartfonunu asanlıqla ən çox arzu olunan hədiyyə adlandırmaq olar. Xüsusilə də söhbət ən son versiya - iPhone 15-dən gedirsə. Əla texniki xüsusiyyətlərə əlavə olaraq, bu modelin üstünlükləri sırasında gözə xoş gələn rənglər, o cümlədən zərif qara və hətta trendə uyğun açıq-çəhrayı rəngləri qeyd etmək olar. 

Keçən ilin iPhone 14 modeli də çox gözəl hədiyyə ola bilər. Mütəxəssislərin qeyd etdiyi kimi bu model hələ ən azı 2027-ci ilə qədər aktual olacaq. Əgər siz qiyməti daha münasib və keyfiyyətli hədiyyə axtarırsınızsa, iPhone 11 modelinə nəzər sala bilərsiniz.

Smartfon üçün proyektor 

Evdə əsl kinoteatr qura, ofisdə isə bütün komanda üçün vacib təqdimatlara baxa və ya ofisdə video zənglər yayımlaya biləcəyiniz bir hədiyyə. Buna görə də, belə bir hədiyyə təkcə film həvəskarlarının yox, hər kəsin ürəyincə olacaq.

Simsiz qulaqlıqlar

Həm musiqisevərlər, həm də daim əlaqədə olanlar üçün gözəl hədiyyədir. Bütün müxtəlif simsiz qulaqlıqlar arasında seçim zamanı səhv etməmək üçün ən çox satılanlara - AirPods 2nd GenAirPods 3rd Gen modellərinə üstünlük vermək daha yaxşıdır. Onlar əla səs keyfiyyətinə, uzun müddət şarj etmədən işləməyə, sabit əlaqəyə və sürətli məlumat ötürülməsinə zəmanət verirlər. Və, ən əsası, onlar uzun və çətin ayarlamanı tələb etmir: sadəcə keysdən çıxarın və siz artıq onları istifadə edə bilərsiniz!

Ev teleskopu


Həm romantik açıqca ilə birlikdə həyat yoldaşınıza, həm də bayram öncəsi ofisdaxili lotereyada onun gizli Şaxta Babası olmaq sizə qismət olubsa, rəhbərinizə hədiyyə edə biləcəyiniz orijinal və maraqlı hədiyyə. Xoşbəxtlikdən, teleskopların seçimi çox genişdir – baha olmayan uşaqlar üçün modellərdən tutmuş kosmosu öyrənə biləcəyiniz olduqca ciddi cihazlara qədər.

Portativ mini printer


Polaroid ani fotoşəkilləri qədər maraqlı və əyləncəli, lakin daha funksional! Asanlıqla cibinizə yerləşən cihaz smartfonunuzdan istənilən şəkli çap edəcək. Bəzi modellər isə şəkillərinizə stikerlər, filtrlər, mətnlər əlavə etməyə və hətta kolajlar etməyə imkan verir. Kimə hədiyyə etməyi planlaşdırdığınızdan asılı olaraq, siz gülməli heyvan şəklində mini printer və ya məşhur istehsalçıdan tamamilə ciddi model seçə bilərsiniz.

Magic Mouse və Apple Pencil 


Bu faydalı kiçik əlavələr Apple texnologiyasından istifadəni daha da rahat və zövqlü edir. Bir çox insanlar bu barədə düşünməsələr də, belə bir cihazı hədiyyə olaraq əldə etdikdən bir neçə həftə sonra insan əvvəllər onlarsız necə yaşadığını təsəvvür edə bilmir. Simsiz Apple Magic Mouse futuristik, düyməsiz dizaynı və düşünülmüş erqonomikası ilə diqqəti cəlb edir.
iPad sahibləri isə Apple Pencil stilusundan məmnun qalacaqlar. Bununla siz kağız üzərində adi karandaşla etdiyiniz kimi yaza, çəkə, qeydlər apara və sənədlərə şərh yaza bilərsiniz.
Artıq bu cihazlarda 35%-ə qədər endirim var.

Ağıllı termos

Termos ənənəvi Yeni il hədiyyələrindən biridir. Ancaq VAU effekti üçün ağıllı termoslara diqqət yetirməyi məsləhət görürük. Belə qurğular nəinki sensor ekranda suyun temperaturunu göstərir, həm də su balansınızı bərpa etməyin vaxtının gəldiyini bildirə və hətta içdiyiniz mayenin həcmini izləyə bilmək üçün smartfonunuzla sinxronizasiya oluna bilərlər.

Ümid edirik ki, seçiminizi etməkdə sizə kömək olduq. Sizə unudulmaz bayramlar arzulayırıq!