ABŞ-nin vitse-prezidenti Bakıdadır - Video - Yenilənib

abs-nin-vitse-prezidenti-bakidadir
Oxunma sayı: 5311

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Ermənistana rəsmi səfərini başa vurub.

“Qafqazinfo” xəbər verir ki, C.D.Vens Bakıya yola düşüb.

Xatırladaq ki, ABŞ-nin vitse-prezidenti fevralın 9-da İrəvana səfər edib, Ermənistanın Baş naziri Nikol Paşinyan və bu ölkənin Prezidenti Vaaqn Xaçaturyanla görüş keçirib. 

***

Ceyms Devid Vens Azərbaycana rəsmi səfərə gəlib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ABŞ-nin Vitse-prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Vitse-prezident Ceyms Devid Vensi Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.