Artan sərnişin tələbatını təmin etmək məqsədilə 15 fevralda Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Azərbaycan Dəmir Yolları” (ADY) QSC məlumat yayıb.
Bildirilib ki, bu istiqamətlər üzrə Bakı-Qazax-Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunub.
Sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək mümkündür.
Son xəbərlər
Son Xəbərlər