“Atəşgah” Sığortanın 2025-ci il üzrə mənfəət və zərər hesabatı açıqlandı

atesgah-sigortanin-2025-ci-il-uzre-menfeet-ve-zerer-hesabati-aciqlandi
Oxunma sayı: 260

Ölkənin iri və nüfuzlu sığorta şirkətlərindən biri olan “Atəşgah” Sığorta Şirkəti ASC-nin 2025-ci il üzrə mənfəət və zərər hesabatı  açıqlanıb.

Hesabatın nəticələrinə əsasən, şirkətin cəmi gəlirləri 2025-ci ildə 71,1 milyon manat təşkil edib ki, bu da 2024-cü ildəki  69,7 milyon manat ilə müqayisədə 1,4 milyon manat (2,0%) artım deməkdir.

Əsas əməliyyat gəlirləri 64 milyon manat, investisiya gəlirləri 2,2 milyon manat,  digər gəlirlər isə 2,1 milyon manat təşkil edib. Eyni zamanda, şirkətin cəmi xərcləri 2025-ci ildə 69,6 milyon manat olub ki, bu da 2024-cü ildəki 65,5 milyon  manat ilə müqayisədə 4 milyon 126 min manat (6,3%) artım deməkdir.

Bu nəticə, “Atəşgah” Sığorta Şirkətinin həyata keçirdiyi uğurlu strateji siyasətin müsbət dinamikasını əks etdirir. İnvestisiya sahəsində göstərdiyi uğurlar onu yalnız bir sığorta şirkəti olaraq deyil, eyni zamanda maliyyə sahəsində güclü və nüfuzlu bir qurum kimi tanıdır.

Şirkət bazar tələblərini və müştəri məmnuniyyətini ön planda tutaraq, sığorta sektorundakı yerini daha da möhkəmləndirməyi hədəfləyib

Əsas əməliyyat xərcləri ilə bağlı məlumatlara nəzər yetirdikdə isə  bu göstəricilərin 4,5 milyon manat (11,0%) artaraq 46 milyon manata yüksəlməsini müşahidə edə bilərik. Bundan əlavə, işlərin aparılması xərcləri  23 milyon 370 min manat təşkil etmiş və ötən illə müqayisədə 1 milyon 470 min manat (6,7%) artıb. Digər xərclərin məbləği isə 236 min manata bərabər olub.

Bununlada “Atəşgah” Sığorta Şirkətinin xalis mənfəəti 2025-ci ildə 1,2 milyon manat təşkil edib.