Yeni sədr Saleh Məmmədovun qudasını işdən çıxarıb? - Foto

yeni-sedr-saleh-memmedovun-qudasini-isden-cixarib
Oxunma sayı: 7624

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İdarə Heyətinin yeni sədri Vüsal Nəsirli kadr islahatlarına başlayıb.

“Qafqazinfo” “Qaynarinfo”ya istinadən xəbər verir ki, AAYDA İdarə Heyətinin sədrinin 70 yaşlı müşaviri Əflatun Qasımov vəzifəsindən azad edilib. Vüsal Nəsirli bununla bağlı müvafiq Əmr imzalayıb.

Qeyd edək ki, Ə.Qasımov uzun illər Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. O, sözügedən qurumda çalışdığı dövrdə AAYDA İdarə Heyətinin sədri Saleh Məmmədovla quda olub.

Bundan sonra adı müxtəlif qalmaqallarda hallanan Əflatun Qasımov idarə rəisi vəzifəsindən azad edilib. Yerinə isə özünə yaxınlığı ilə tanınan Kamran Gülbala oğlu Əzizov təyin olunub.

***

AAYDA-dan “Qafqazinfo”ya verilən məlumata görə, qurumda kadr islahatlarına başlanılması və bəzi əməkdaşların işdən azad olunması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir:

“Agentlikdə heç bir əməkdaşın işdən azad olunması ilə bağlı əmr verilməyib və belə bir prosedur həyata keçirilmir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşların və medianın diqqətinə çatdırır ki, bütün rəsmi açıqlamalar yalnız İctimaiyyətlə əlaqələr şöbəsi vasitəsilə təqdim olunur və digər mənbələrdən alınan məlumatlar həqiqətə uyğun olmaya bilər”.